Əlaqə Arxiv
news Image
2014.06.21
18:18
| A A A
Tanınmış aktyorun barmaqları amputasiya olundu
95 gün reanimasiyadan sonra apreldə evə buraxılan aktyor Nejat İşler yenidən əməliyyat olunub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, septik şokun yaratdığı emboliya yüksəlişi səbəbindən barmaqları göyərən aktyor yenidən əməliyyat olunub. 5 saat davam edən əməliyyat nəticəsində aktyorun sağ əlinin 2 barmağı amputasiya olunub, 3 barmağın sağlamlığını isə bərpa etmək mümkün olub. 

Həkimlər bu problemin reanimasiya müddəti uzanan xəstələrdə aşkar edilə bilən bir hal olduğunu söyləyib. 

Xatırladaq ki, yanvarın 17-də septik şok diaqnozu ilə xəstəxanaya yerləşdirilən, 3 ay reanimasiya bölməsində qalan məşhur türk aktyor Nejat İşler aprelin 22-də evə buraxılandan sonra Bodrumun Gümüşlük bölgəsindəki evinə yollanmışdı. 

Xəstənin ümumui vəziyyətinin qənaətbəxş olduğunu deyən həkimi bundan sonrakı mərhələdə aktyorun müalicəsinin ambulator müayinə ilə davam edəcəyini bildirib. 
Sizin Reklam Yeriniz