Əlaqə Arxiv
news Image
2014.06.21
17:09
| A A A
Qafqaz universitetindən 10 nəfər evakuasiya edilib
Fövqəladə Hallar Nazirliyi Qafqaz universitetində baş verən yanğınla bağlı məlumat yayıb.Movqe.az xəbər verir ki ,  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın yataqxanasının 3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1 ədəd soyuducusu yanıb. 

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər tələbə yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yataqxana yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmovun ANS-ə verdiyi məlumata görə, bufetdə yerləşən soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib.
Sizin Reklam Yeriniz