news Image
2014.06.21
18:01
| A A A
Bu yol 10 günlük bağlanır
Bakıda daha bir mərkəzi küçə bağlanır.Movqe.az xəbər verir ki ,  Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, iyun ayının 21-dən 22-ə keçən gecə Ziya Bunyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən 3-cü mikrorayon dairəsi, A.Salamzadə küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol bağlı olacaq. 
Məhdudiyyət asfalt beton işləri ilə əlaqədardır. 

Həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.

Köməkçi yolda işlər 10 gün davam edəcək. 
İşlər başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri yerinə yetiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs