Əlaqə Arxiv
news Image
2014.06.21
21:00
| A A A
Uşaq 3-cü mərtəbədən düşüb, öldü
Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib. Movqe.az xəbər verir ki , Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, azyaşlı yaşadığı evin eyvanından düşüb. 

Əli Qasımov yaşadığı yataqxananın 3-cü mərtəbəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımov orada ölüb. 

Qeyd edək ki, ötən gün Bakıda daha iki uşaq hündürlükdən yıxılıb. Mehmandarov küçəsində 3 yaşlı Rəvan Vüqar oğlu Qəniyev 8-ci mərtəbədən yıxılıb. 

Digər hadisə isə Nizami rayonu, Çobanzadə küçəsi ev 47, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 4 yaşlı Aylin Vahid qızı Hüseynova dördüncü mərtəbədən yıxılıb. Uşaqlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 
Sizin Reklam Yeriniz