Əlaqə Arxiv
news Image
2014.06.22
11:00
| A A A
60 TIR sürücüsü qaçırıldı
Liviyanın şərqindəki Əcdəbiyə şəhərində 60 misirli TIR sürücüsü silahlı şəxslər tərəfindən qaçırılıb

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Misirin qərbindəki Nil Delta sürücülər dərnəyi tərəfindən verilən açıqlamada, 60 sürücünün Tobruk-Əcdəbiyə şəhərləri arasında silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilib.

Silahlı şəxslərin əl-Mağrəbi qəbiləsindən olduğu deyilir. Onlar sənədsiz silah gəzdirdiyi və Misirə icazəsiz daxil olduğu üçün 25 illik həbs cəzasına məhkum olan qəbilə üzvü Məhəmməd Səlamə əl-Mağrəbinin sərbəst buraxılması tələb edirlər.

Silahlılar Mağrəbinin azad edilməyəcəyi halda, sürücülərin də azad olmayacağını bildiriblər. 

Misir və Liviya rəsmiləri isə mövzu ilə bağlı hələ ki, heç bir açıqlama verməyiblər.

Qeyd eədk ki, ötən cümə axşamı günü eyni qəbilənin üzvləri Liviyanın Berka şəhərində Misir vətəndaşı olan 80 sürücünü girov götürmüşdülər.


Sizin Reklam Yeriniz