news Image
2014.06.22
10:04
| A A A
15 İŞİD üzvü öldürüldü
İraqın Diyala vilayətində orduya bağlı qüvvələrlə İŞİD arasında qarşıdurma olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İraqın Diyala vilayətində orduya bağlı qüvvələrlə İraq Şam İslam Dövləti (İŞİD) silahlıları arasında baş verən qarşıdurma nəticəsində 15 nəfər İŞİD üzvü öldürülüb. Bu barədə Diyala polis təşkilatı komandiri general Cəmil əş-Şəmri bildirib.

Yerli mənbələrdə isə İraq ordusu və İŞİD arasında baş verən qarşıdurmalarda bir əsgər öldüyü, çox sayda polis və əsgərin yaralandığı deyilir.

Qeyd edək ki, İraqda bir müddətdir qarşıdurmaların yaranmasına səbəb olan İŞİD silahlıları bir neçə şəhərdə vacib məntəqələri ələ keçiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs