Əlaqə Arxiv
news Image
2014.06.22
13:06
| A A A
“Google” qızlara diqqəti artırır
"Google" şirkəti qızların proqramlaşdırma işlərinə cəlb olunması üçün "Made with Code" (kodla hazırlanıb) layihəsini istifadəyə verib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu barədə RİTN-in rəsmi saytında deyilir. 

Layihə proqramlaşdırmanı öyrətməklə yanaşı, ona marağı cəlb etmək və proqram kodla işləmək bacarığının necə faydalı olmasını göstərmək məqsədi daşıyır. İştirakçılara "3D" qolbaq, "GIF" formatında animasiyalı təsvirlər, "Google Blockly" vizual proqramlaşdırma dili ilə elektron musiqi yaratmaq təklif olunur. 

Şirkətin rəsmi bloqunda proqramlaşdırma bacarığından öz peşə fəaliyyətində istifadə edən qadınlar haqqında videoçarx da dərc edilib. "Google" qeyd edir ki, bu bacarıqlar bu gün təkcə texnoloji şirkətdə çalışmaq üçün deyil, həm də dizayn, tibb, arxitektura və musiqi kimi digər əksər sahələrdə çalışmaq üçün lazımdır. 

Layihədə "Google" ilə yanaşı, "Girls Inc.", "Girl Scouts of the USA" təşkilatları və Massaçusets Texnoloji İnstitutu (MIT), "Milli qadın və informasiya texnologiyaları mərkəzi", "TechCrunch" saytı və s. iştirak edir. İştirakçılar məktəbli və tələbələrdə proqramlaşdırmaya marağı artıran proqrama 50 milyon dollar investisiya yatırmağı planlaşdırırlar. Həmçinin qızları informasiya texnologiyalı kurslarını keçməyə sövq edən müəllimlərin mükafatlandırılması nəzərdə tutulur. 

Qeyd edək ki, üç həftə əvvəl "Google" şirkət kollektivinin gender və milli mənsubiyyəti haqqında ilk hesabatını dərc edib. Hesabatdan məlum olub ki, şirkətdə çalışanların 70 faizi kişilər, 61 faizi qadınlardır. Bu, "Google"un ünvanına bir sıra təşkilatlar tərəfindən çoxlu tənqidlərə səbəb olub.
Sizin Reklam Yeriniz