Əlaqə Arxiv
news Image
2014.06.22
14:00
| A A A
Bu uşağı tapana 10 min dollar vəd olunur
Moskva ətrafında doğum evindən oğurlanan körpənin oğrusu haqqında məlumat verən üçün pul mükafatı elan edilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Rusiya millisinin rəsmi nümayəndəsi Olqa Vradi xəbər yayıb. Körpənin tapılmasına kömək edəcək şəxs qanun qoruyucuları tərəfindən 300 min rubl mükafat alacaq.

"Uşağın yerini təyin etməyə kömək edəcək informasiya üçün 300 min rubl (təxminən 10 min dollar) mükafat elan edilib", - deyə Olqa Vradi bildirib.

Qeyd edək ki, daha əvvəl işi aparan müstəntiqlər oğruya xəbərdarlıq yollayıb. Onlar qeyd edib ki, əgər o könüllü olaraq uşağı qaytarsa onu həbs etməyəcəklər. Rusiya polisi cinayətkarın fotorobotunu dərc edib. Oğrunun qadın olduğu ehtimal edilir. 4 gün əvvəl naməlum şəxslər Moskva ətrafındakı Dedovsk doğum evindən bir aylıq oğlan uşağını oğurlayıblar.
Sizin Reklam Yeriniz