news Image
2014.06.22
15:29
| A A A
“Disney”dən yeni cizgi filmi (VİDEO)
Amerikanın "Uolt Disney" kinostudiyası "canlı maşınlar" silsiləsindən filmlərini davam etdirir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Təyyarələr: atəş və su" cizgi filminin qəhrəmanı, artıq təyyarə yarışlarında əfsanəyə çevrilən Dasti mühərrikində güclü zədə olduğunu və heç vaxt təyyarə yarışlarında iştrak edə bilməyəcəyini öyrənir. Xəbərdən məyus olan Dasti özünə yeni iş axtarmağa başlayır. Axtarışları nəticəsində o, sözün əs mənasında, dəmir ürəkli yanğınsöndürmə və xilasetmə komandası ilə tanış olur. Komandanın başında aviasiya veteranı Rendjer adlı helikopter durur. İşin çətinlikləri və təhlükəsi ilə tanış olan Dasti bu komandanın qəhrəmanlığı və özünü qurban vermə bacarığına valeh olur. Tezliklə, o da xilasedici olmaq istəyir.

Qeyd edək ki, tamaşaçılar filmə avqust ayının axırında baxa biləcəklər. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs