Əlaqə Arxiv
news Image
2014.06.22
20:00
| A A A
Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandı
Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az xəbər verir ki , hadisə şahidlərinin  verdikləri məlumata görə, qəza ötən gün səhər saatlarında Ələt-Astara yolunda qeydə alınıb. 

Hadisə "Prado" markalı avtomobillə, "Vaz 21015" markalı avtomobilin toqquşması nəticəsində baş verib. "Vaz 21015"in içərisində 5 gənc olub.

Qəza nəticəsində "Vaz 21015"- sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və onun yanında olan 1993-cü il təvəllüdlü Röyal Dadaşov və Fuad Quliyev dünyalarını dəyişiblər.

"Vaz 21015"- in içərisində olan digər iki nəfər - Müqəddəs Əliyev və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.

Salyan rayonu Xərəc kəndinin sakinləri olan gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi vəzifəsində işlədikləri bildirilir.

"Prado"-da isə bir nəfər sürücü olub. Onun hadisə nəticəsində xəsarət almadığı bildirilir.

Şahidlərin bildirdiklərinə görə, hadisə "Prado" markalı avtomobilin yoldan çıxması nəticəsində baş verib. 

Hadisə ilə bağlı araşdırma aparılır
Sizin Reklam Yeriniz