Əlaqə Arxiv
news Image
2014.06.22
21:52
| A A A
Kartof, süd və pomidor ucuzlaşdı
Cari ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb.

Movqe.az xəbər verir ki , Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.

Qeyd edək ki, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.

May ayı ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, pomidorun, kartofun və digər məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunub.
Sizin Reklam Yeriniz