news Image
2014.06.22
23:03
| A A A
Sinoptiklərdən qeyri-sabit hava proqnozu
Azərbaycan sinoptikləri 23 iyunda qeyri-hava şəraitinin davam edəcəyini proqnoz verirlər. Dünən axşam saatlarından başlayan güclü külək sabah axşama kimi davam edəcək.

Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal qərb küləyi əsəcək.

Temperatur gecə 18-23 isti, gündüz 24-29 isti, Bakıda gecə 20-22 isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24° isti, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° isti təşkil edəcək.

Azərbaycan rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs