news Image
2014.06.23
11:20
| A A A
Suraxanı rayonunda Tatar milli bayramı-“Sabantuy” təntənəli qeyd edildi

Suraxanı rayonu Heydər Əliyev pakında Tatar xalqının milli bayramı olan "Sabantuy" təntənəli şəkildə qeyd edilmişdir.


Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş və önünə əklil,tər güllər qoymuşlar.Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.Qonaqlara məlumat verilmişdir ki,fəliyyət göstərdiyi beş il ərzində Heydər Əliyev mərkəzi rayonun idealoji mərkəzinə çevrilmişdir.Ötən dövr ərzində müxtəlif mərkəzi İcra orqanları,Elmi institutlar, Ali təhsil müəsisələri və müxtəlif təşkilatlarla 140-dan yuxarı tədbir keçirilmişdir.


"Sabantuy" bayramının rəsmi qonaqları Heydər Əliyev parkında Tatar və Azərbaycan xalqının dostluq rəmzini əks etdirən "Lənkəran akasiyası" ağacını əkmişlər.


Azərbaycan Respublikasının, Rusiya Fedarasiyasının və Tatarıstan Respublikasının dövlət himnləri səsləndikdən sonra milli bayram şənliyinə başlanılmışdır. Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov bayram iştirakçılarını salamlamış və Tatarların milli baryamı olan "Sabantuy"-un Suraxanı rayonu Heydər Əliyev parkında keçirilməsinin bir ənənə şəklini aldığını bildirmişdir.İlqar Abbasov xüsusi vurğulamışdır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Tatar xalqının dostluğu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Tatarıstan Respublikası Hökumət nümayəndəsi, İnvestisiya İnkişafı Agentliyinin rəhbəri Yakupov Linar Qabdelnuroviç Tatarıstan Resrublikasının Prezidenti cənab Rustam Nurqaliyeviç Minixanovunun təbrik məktubunu bayram iştirakçılarına oxumuşdur.


Rusiyanın Azərbaycandakı səfiri cənab Droxin Vladimir Dmitriyeviç bayram iştirakçılarını salamlıyaraq Tatar xalqı ilə azərbaycan xalqının dostluğunu yüksək qiymətləndirmiş və bu birliyə uğurlar diləmişdir. Bildirmişdir ki, Tatar xalqının milli bayramı olan "Sabantuy"-un Azərbaycanda məhz tatarların çox yaşadığı Suraxanı rayonunda keçirilməsi bunun əyani sübutudur.


"Azərkimya" birliyinin direktoru, Milli Məclisin deputatı Muxtar Babayev və Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Zakirov Alfred Firdaysoviç tədbir iştirakçılarını salamlamışlar.


Bayram tədbirləri çərçivəsində eyni zamanda Heydər Əliyev mərkəzində millətcə tatar olan iki gəncin nigah mərasimi qeydə alınmışdır. Gəncləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulamış və Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsini təqdim etmişdir.Sonra yeni ailə quran gənclər mərkəzin qarşısında sülh rəmzi olan göyərçinləri havaya uçurtdular və parkın "Gənclik bağında" "Sevən ürəklər"güşəsində ağac əkdilər. Bayram şənliyi konsert proqramı ilə davam etmiş: milli mahnılar, milli rəqslər daha sonra tədbirdə milli güləş,milli yeməklər və at yürüşü nümayiş etdirilmişdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs