Əlaqə Arxiv
news Image
2014.06.23
16:08
| A A A
Təhsil Nazirliyindən məktəbə hazırlıqla bağlı yenilik-Özəl
Bakı məktəblərində pilot şəkildə məktəb yaşlı uşaqların məktəbə hazırlığı aparılacaq. Bu barədə Movqe.az-a Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə şöbə müdiri Aydın Əhmədov məlumat verib. A. Əhmədov bildirib  ki, bu müvafiq sənədlərdə nəzərdə tutulub: "Bu layihə əvvəlcə Bakının məktəblərində pilot şəkildə həyata keçiriləcək. Pilot layihə gələcəkdə məktəbəqədər hazırlığın  kütləvi şəkildə aparılması üçün baza rolunu oynayacaq. Bunun üçün infrastruktur, maddi bazası hazırlandıqdan sonra maliyə şəraiti müəyyənləşəcək. Əvvəlcə pilot şəkildə icrasına başlanılacaq".
Sizin Reklam Yeriniz