news Image
2014.06.23
18:05
| A A A
Sabah ATƏT-in təhlükəsizlik üzrə illik icmal konfransı keçiriləcək

Sabah Vyanada ATƏT-in təhlükəsizlik üzrə illik icmal konfransı öz işinə başlayacaq.

Trend-in məlumatına görə, 3 gün davam edəcək konfransda 57 üzv ölkənin nümayəndələri iştirak edəcəklər.

 

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri Didye Burkhalter, Serbiyanın və Ukraynanın xarici işlər nazirləri illik icmal konfransında çıxış edəcəklər.

Konfransın iştirakçıları münaqişələrin qarşısının alınması və onların həlli, silahlara nəzarət, etimad və təhlükəsizlik quruculuğu tədbirləri, transmilli təhlükələr və çağırışlar və digər məsələləri müzakirə edəcəklər.

 

Builki konfransın mövzusu "Təhlükəsizlik və stabilliyin təşviqi"dir. ATƏT-in təhlükəsizlik üzrə illik icmal konfransı təşkilat və ona üzv olan dövlətlərin təhlükəsizlik sahəsində gördükləri işi nəzərdən keçirmək və təhlükəsizlik dialoqunu genişləndirmək üçün bir çərçivədir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs