Əlaqə Arxiv
news Image
2014.06.23
21:15
| A A A
Gəncədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılır

İki həftə bundan öncə Gəncədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması işləri davam edir. Leysanın yaratdığı sel suları məhlə evlərinin zirzəmilərinə dolmaqla yanaşı, külək ağacları aşırmaqla fərdi evlərə və yaşayış binalarına ziyan vurub. Təmir briqadaları dam örtüklərinin yenilənməsi ilə məşğuldur.


Milli.Az Kəpəz TV-yə istinadən xəbər verib ki, Gəncədə baş verən təbii fəlakət nəticəsində ictimai və fərdi yaşayış evlərində sıradan çıxan dam örtüklərinin yenilənməsi işləri davam etdirilir. Bununla bağlı şəhər icra hakimiyyətində təbii fəlakət nəticəsində şəhərə dəyən ziyanın dəqiq hesablanması və aradan qaldırılması üçün fövqəladə komissiya da yaradılıb. Komissiyanın rəyinə əsasən, təbii fəlakət daha çox evlərin dam örtüyünə ziyan vurub.


İsmayıl Daşdəmirov, Gəncə şəhər MKTİB-nin baş mühəndisi: "Şəhərimizin, demək olar ki, yəni bizim MKTİB-nin balansında olan binaların, demək olar ki, yarıdan çoxunun dam örtüyünü külək yararsız vəziyyətə saldı. Yəni şiferləri qopardı, bitumla olan binaların örtüyünü qaldıraraq pis vəziyyətə saldı". 


Məlumat üçün bildirək ki, bu günədək Gəncədə quruculuq abadlıq işləri çərçivəsində 239 yaşayış binasının dam örtüyü dəyişdirilib. Lakin təbii fəlakətin törətdiyi fəsadlardan sonra ümumilikdə şəhər üzrə 440 binanın dam örtüyünün dəyişdirilməsinə qərar verilib. Artıq təbii fəlakətdən zərər çəkən əksər fərdi yaşayış evlərinin dam örtükləri tam yenilənib.


İsmayıl Daşdəmirov: "Təkcə bizim balansımızda olan binaların yox, eyni zamanda xüsusi mülkiyyətdə olan evlərin də dam örtükləri açılmış və buna da xüsusi fikir verilir və eyni zamanda həmin evlərdə də təmir işləri aparılır. Və bu sürətlə elə bilirəm ki, yaxın vaxtlarda bütün binaların dam örtüyü təmir olunacaq". 


İsmayıl Daşdəmirov qeyd edib ki, Gəncədə aparılan quruculuq-abadlıq işləri çərçivəsində şəhərin müxtəlif ərazilərində dam örtüyü yararsız olan bütün binaların dam örtüyünün bu ilin sonuna kimi dəyişdirilməsi nəzərdə tutulur. 


Sizin Reklam Yeriniz