news Image
2014.06.24
09:35
| A A A
Bu gün Azərbaycanda sonuncu imtahandır

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərinin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.


TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, qeyd olunan şəhər və rayonlarda imtahanların keçirilməsi üçün 51 imtahan mərkəzi ayrılıb. Bu gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər.

 

Bu imtahanlarda ümumilikdə 40535 şagirdin iştirakı gözlənilir. Gəncədə 3009, Mingəçevirdə 1111, Daşkəsəndə 358, Göygöldə 874, Samuxda 726, Naftalanda 59, Goranboyda 1501, Şəmkirdə 2643, Gədəbəydə 1005, Ağstafada 988, Qazaxda 1069, Tovuzda 2166, Şəki 2170, Balakən 936, Qaxda 693, Qəbələdə 1647, Oğuzda 637, Zaqatalada 1383 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

 

11-ci siniflərin buraxılış imtahanı haqqında məlumata gəlincə, Gəncədə 2060, Mingəçevirdə 857, Daşkəsəndə 260, Göygöldə 737, Samuxda 483, Naftalanda 44, Goranboyda 1132, Şəmkirdə 2136, Gədəbəydə 753, Ağstafada 791, Qazaxda 879, Tovuzda 1571, Şəki 1737, Balakən 611, Qaxda 542, Qəbələdə 1383, Oğuzda 488, Zaqatalada 1096 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 158 imtahan rəhbəri, 2080 nəzarətçi-müəllim ayrılıb.

 

Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs