news Image
2014.06.24
10:52
| A A A
"Bakı Metropoliteni"ndən metroda təşvişlə bağlı-RƏSMİ AÇIQLAMA

"Bakı Metropoliteni" QSC metronun "Elmlər Akademiyası" stansiyasında bu gün yaranan sıxlıqla bağlı məsələyə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Movqe.az-a açıqlamasında  metronun "Elmlər Akademiyası" stansiyasında sıxlıq və narahatçılıq yaranması ilə bağlı xəbərlərin dəqiqləşdirilmədən yayılmasından təəssüfləndiyini söyləyib: "Metronun "Elmlər Akademiyası" stansiyasında eskalatorun biri dünən axşamdan əsaslı təmirə dayandırılıb. Və bununla bağlı  xəbərdarlıq elanı da vurulub ki, eskalator əsaslı təmirə dayandırılıb. Məlumdur ki, eskalatorlar müəyyən istismar müddətindən sonra əsaslı təmirə dayandırılır. Bu təmir işləri bir-iki günə yekunlaşan işlər olmadığından, həmin eskalator qış qrafikinə keçidə yaxın istifadəyə veriləcək".

Metroda sıxlığın yaranmasına gəlincə, N. Paşayev bunu  təbii olduğunu, metronun "Elmlər Akademiyası" stansiyasının hərəkətin ən uintensiv olduğu stansiya olduğunu bildirdi: "Hamı bilir ki, "Elmlər Akademiyası" stansiyasında sərnişin sxılığı daim müşahidə olunur. Eskalatorun təmirə saxlanılmasının belə bir çətinlik yaradacağı bəlli idi. Amma biz bu barədə məlumat vuraraq sərnişinlərə xəbərdarlıq etmişik".

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin "Elmlər Akademiyası" stansiyasında baş verən hadisə sərnişinləri təşvişə salıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, təşvişə səbəb "Elmlər Akademiyası" stansiyasının birdən-birə eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib.  Nəticədə 100-lərlə sərnişin stansıyadan çıxmasında çətinlik yaranıb və bu da ciddi narahatlığa səbəb olub.  Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: "Ümumiyyətlə eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və bizdə bu problemin bacardığımız qədər həll etməyə çalışırıq". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs