Əlaqə Arxiv
news Image
2014.06.24
14:13
| A A A
Masallının məşhur "Halay" ansamblı Macarıstanda çıxış edəcək

Xəbər verdiyimiz kimi bu ilin İyul ayının 2-dən 6-na kimi olan müddətdə Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. 


10-dan çox ölkənin qatıldığı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bildirmişdir ki,

Azərbaycan Respublikasını bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.


Hal-hazırda Masallı rayonunda 43 klub müəsisəsi, o cümlədən 1 rayon, 14 kənd mədəniyyət evi, 28 kənd klubu , 1 rayon mərkəzi kitabxanası onun 52 kənd filialı, 1 uşaq incəsənət məktəbi, Heydər Əliyev mərkəzi, tarix diyarşunaslıq muzeyi, Rəsm qalereyası, 168 tarix və Mədəniyyət abidələri, 28 turist obyekti faliyyət göstərir. Rayonun klub müəsisələrində 114 bədii özfəaliyyət kollektivi fəaliyyt göstərir ki, bura 2895 nəfər həvəskar cəlb edilmişdir. Həmin kollektivlərdən ikisi xalq kollektivi adının daşıyır. Bunlar rayon mədəniyyət evinin xalq teatırı və Mahmudavar kənd mədəniyyət evinin "Halay" foklor mahnı və rəqs kollektividir ki, bu kollektiv artıq 50 ildən coxdur ki, faliyyət göstərir və dünyanın 28-dən cox ölkəsində Azərbaycanı uğurla təmsil etmişdir.


Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca "Azərbaycan musiqisi gecəsinin" təşkili nəzərdə tutulur.


Sizin Reklam Yeriniz