news Image
2014.06.24
16:00
| A A A
İlham Əliyev AŞPA-nın iclasında erməni təcavüzündən danışdı

Hazırda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yay sessiyası keçirilir. Azərbaycan prezidenti İlham Əliyev sessiyada AŞPA üzvləri qarşısında çıxış edir. Qeyd edək ki, bu, Azərbaycanın Avropa Şurasındakı sədrliyi zamanı keçirilən ilk sessiyadır. İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı vacib   bəyənatlarla çıxış edib: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmaq fikrində deyil". deyərək İlham Əliyev bildirib. Prezident bildirib ki, işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistan Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılmasına çalışır: "Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bütün dünya Dağlıq Qrabağın Azərbaycan aid olduğunu qəbul edir. Ermənistan isə bununla razılaşmaq istəmir. İşğal nəticəsində tarixi abidələr, qəbirstanlıqlar, məscidlər dağıdılıb. 20 il keçib. Lakin münaqişə öz həllini tapmır. Ermənistan Qarabağı tərk etmək istəmir. Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs