news Image
2014.06.24
16:42
| A A A
Rusiya prezidenti Ukraynaya qoşun yeritməməyə qərar verib

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına "Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında" qərarını ləğv etməyi təklif edib. 


Anspress-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.


Peskovun sözlərinə görə, Vladimir Putin bu gün Federasiya Şurasının sədri Valentina Matviyenkoya məktubla müraciət edib.


"Putinin belə təklif irəli sürməsində məqsəd Ukraynanın cənub-şərqində böhranın aradan qaldırılması, üçtərəfli danışıqların başlanmasıdır", - Peksov bildirib.


Federasiya Şurası iyunu 25-də V. Putinin təklifinə baxacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs