news Image
2012.04.07
11:45
| A A A
Türkiyə XİN İsrailə xəbərdarlıq edib
Türkiyənin Xarici İşlər Nazirliyi İsraili Yaxın Şərqdə sülhün bərqərar edilməsi mövzusunda beynəlxalq hüququn tələb etdiyi öhdəlikləri yerinə yetirməyə dəvət edib.

Türkiyə XİN-in yaydığı bəyanatda İsrail hökumətinin işğal altındakı Fələstin torpaqlarında həyata keçirdiyi məskunlaşmafəaliyyətini genişləndirərək Şərqi Qüdsdəki Har Homa yaşayış məntəqəsində 800-dən çox yeni evin inşa olunması üçün tender elan etməsi qətiyyətləpislənilir.

Bəyanatda bildirilir ki, İsrailin təkidlə dünya ictimaiyyətin reaksiyalarına əhəmiyyət verməyərək davam etdirdiyi məskunlaşma siyasəti beynəlxalq hüququ kobud şəkildə pozur, sülh prosesində irəliləmə əldə edilməsinə maneə törədir problemin həlli perspektivlərinə ciddi zərbə endirir: "İsraili Yaxın Şərqdə sülhün bərqərar edilməsi mövzusunda beynəlxalqhüquqların tələb etdiyi öhdəlikləri yerinə yetirməyə sülhə zərər verən bütün fəaliyyətinə dərhal son qoymağa dəvət edirik".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs