news Image
2014.06.24
17:03
| A A A
Paytaxtdakı gizli fahişəxanalarla bağlı DİN-dən açıqlama
Polis vətəndaşların istirahət və əyləncə yerlərinə əsassız müdaxilə etmir və etmək səlahiyyəti də yoxdur"
Bunu aktual.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib. E.Zahidov bildirib ki, polis məsələni həmin əxlaqsız yuvalardan konkret vətəndaş şikayətləri əsasında araşdıra bilər: "İndiyə kimi belə obyektlərdən polisə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Şikayət olarsa, əlbəttə, polis gedib araşdırma apara bilər. Yenə qeyd edirəm ki, hər hansı bir zərərçəkmişin müraciəti yoxdursa, polisin əsassız müdaxilə etmək səlahiyyəti də yoxdur".
Rəis müavini qeyd edib ki, mətbuatda belə xəbərlərin yayılması oranın əxlaqsızlıq yuvası olması demək deyil:
"Sayt yazırsa, bu, o demək deyil ki, orada insan alveri ilə məşğul olurlar. Amma bütün bunlara baxmayaraq, mətbuatda gedən bu səpkili məlumatlar nəzərə alınır".
Xatırladaq ki, aznews.az saytının əməkdaşları paytaxtda "Sabina" və "Relax" adlı "Masaj salonu" kimi fəaliyyət göstərən əxlaqsızlıq yuvalarındakı mənzərələri lentə alaraq ictimaiyyətə təqdim edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs