Əlaqə Arxiv
news Image
2014.06.24
21:15
| A A A
Nazir vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədovun qəbulu Samuxda olacaq

Kənd təsərrüfatı naziri Heydər Əsədov Samuxda qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən Movq.az-a verilən məlumata görə, nazir iyunun 27-də saat 11:00-da Samux şəhərində Samux, Göygöl, Yevlax, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.


Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir. 


Qəbulda iştirak etmək istəyən vətəndaşlar Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinə (əlaqə telefonu: 022-265-01-17, 022-265-00-39) və Kənd Təsərrüfatı Nazirliyinə (əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Vətəndaşlar, həmçinin nazirliyin "Qaynar xətt"i (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.


Sizin Reklam Yeriniz