Əlaqə Arxiv
news Image
2014.06.25
10:25
| A A A
Bakıda maraqlı rayon salınacaq
"Məxsusi Bakı"nın Baş planı üzrə əsas prinsipial təkliflərdən biri də paytaxtın mərkəzi hissəsində Mərkəzi Biznes rayonunun yaradılmasıdır. 

Movqe.az xəbər verir ki, bu fikri "Böyük Bakının Regional İnkişaf Planı" (sxemi) layihəsinin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. O bildirib ki, Sabunçu və Binəqədi rayonlarının ərazisində 2 alternativ alt-mərkəzlərin təşkili, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhlizin – yaşıl zolağın yaradılması da bu təkliflər sırasındadır.

İ.İsbatov rəhbərlik etdiyi qurum tərəfindən irəli sürülən digər təkliflər barədə də açıqlama verib. Belə ki, Dənizkənarı Milli Park dənizə doğru 70-100 metr genişləndirilməli və Şıx çimərliyindən Zığ qəsəbəsinin ərazisinədək uzadılaraq müvafiq sahilbərkitmə işləri görülməlidir.

Eyni zamanda şəhərin mərkəzi hissəsindəki tarixi abidələrin mühafizə edilməsi məqsədilə Şəhər Mühafizə Zonası yaradılmalıdır. Bibiheybət qəsəbəsi isə müasir zona kimi inkişaf etdirilməlidir.

Sizin Reklam Yeriniz