Əlaqə Arxiv
news Image
2014.06.25
10:45
| A A A
Azərbaycanda 20 yaşlı oğlan gecələr ulayır (VİDEO)
20 yaşlı gəncin rahatlığı əlindən alınıb. Belə ki, qaş qaralan kimi gənc dəyişir. Məhz ana oğlu ilə birgə "Adam içində" verilişinə pənah gətirərək onları haqlayan problemə son qoyulmasını istəyir.

ANS TV-nin məlumatına görə, 20 yaşlı Turqut İsgəndərov artıq 3 ildir ki, qaş qaralan vaxtı qeyri-adi hərəkətlər etməyə başlayır. Ənzilə xanım deyir ki, oğlunun belə olmasına səbəb, 3 il bundan əvvəl gördüyü yuxu olub. Yuxunun təsirilə gecə vaxtı çaya gedib. Yuxudan ayılan zaman isə özünü su başında görüb.

Turqutun bundan sonra faciəli günləri başlayıb. Hava qaralana yaxın isə etdiyi hərəkətlərini bilməyən gənc, hətta bir dəfə anasını evdə qovaraq qapını bağlayıb. Bir neçə dəfə də anasına qolundan xəsarət yetirib. Hətta, gecələr canavar kimi ulamağa başlayıb.

Xəstəliyilə əlaqədar Turqutun anasi dəfələrlə qonşu ölkələrdə xəstəxanalarda olub. Hətta, Azərbaycanda da bütün müalicə ocaqlarına getdiyini deyir. Amma hələ ki, onun övladının dərdinə əlac edən tapılmayıb. Ana hələ də ümidini itirmir. Onun oğlunu yenidən həyata qaytaracaq həkimlərin olduğuna inanır.

Sizin Reklam Yeriniz