news Image
2014.06.25
12:40
| A A A
Xaçmazda balıqçılar xilas edildi

Bir neçə balıqçı dənizdə batmaq təhlükəsizliyilə üzləşib

Xəzər dənizinin Xaçmaz rayonu sahilində batmaq təhlükəsi ilə üzləşmiş 2 balıqçı xilas edilib. 


Anspress-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu ərazisində, Xəzər dənizində ("Nabran" sularda xilasetmə məntəqəsindən təxminən, 2 km sola, 700 metr dənizin içərisinə doğru, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb. Bu zaman mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.


Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşlar dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Qayıq yedəyə alınaraq sahilə gətirilib.


Əməliyyat saat 09:25-də başa çatıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs