news Image
2014.06.25
12:45
| A A A
Nazirlər Kabinetindən dini ədəbiyyatla bağlı yeni qərar

Nazirlər Kabineti qaydaların təsdiq edilməsi haqda qərar verib

Azərbaycan Respublikası Nazirlər Kabineti "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verib.


Nazirlər Kabinetindən Anspress-ə verilən məlumata görə, qərar "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə uyğun olaraq hazırlanıb və nəzarət markasının formasını, uçotu, istifadəsi və verilməsi qaydalarını müəyyən edir.


Qaydalara görə, Azərbaycan Respublikasının ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən aşağıdakı mallar, məmulatlar və məlumat materialları (bundan sonra - nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları) nəzarət markası ilə markalanmalıdır.


Bura dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələr, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları daxildir.


Nəzarət markası dərman vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.


Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılır.


Ümumi təhsil müəssisələrinin (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr) I-XI sinif şagirdlərinə pulsuz paylanan dərsliklərə, təhsil və elmi tədqiqat müəssisələrinə, dövlət orqanlarına, respublika, rayon (şəhər), qəsəbə və kənd kitabxanalarına, diaspor təşkilatlarına və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə (nümayəndəliklərinə) pulsuz paylanan və nəşri dövlət büdcəsindən maliyyələşdirilən nüsxələrə yapışdırılan nəzarət markalarının üzərində "qeyri-kommersiya" sözlərinin baş hərfləri - QK yazılır.


Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına yapışdırılan nəzarət markasında bu Qaydaların 2.2.1-ci-2.2.3-cü yarımbəndlərində qeyd edilənlərə əlavə olaraq "DİNİ TƏYİNATLI" sözləri yazılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs