Əlaqə Arxiv
news Image
2014.06.25
14:03
| A A A
İranlılar İŞİD-ə qarşı nümayiş keçirdi

İranlılar İŞİD-ə qarşı ''Böyük Ləbbeyk qarşılaşmasıı'' adlı nümayiş keçirib. İranlılar, İraq Şam İslam Dövləti təşkilatına (IŞİD) qarşı İraq xalqına dəstək və İraqdakı şiə məzhəbində müqəddəs qəbul edilən türbələrə sahib çıxmaq üçün, "Böyük Ləbbeyk qarşılaşması" adlı nümayiş təşkil edib. Movqe.Az xəbər verir ki, paytaxt Tehrandakı İmam Hüseyn Meydanını dolduran yüzlərlə qadın və kişi, "Ləbbeyk ya Hüseyn", "ABŞ-a ölüm", "İsrailə ölüm" şəklində şüarlar səsləndirib. "Şiə türbələri gözətçiləri" yazılmış köynəklər geyinən kütlə, atılan şüarlarla, dini liderləri Ayətullah Xameneyinin fətva verməsi vəziyyətində terroristlərə qarşı döyüşmək və İraqdakı onlara müqəddəs olan türbələri qorumaq üçün cihad etməyə hazır olduqlarını bildiriblər.



Sizin Reklam Yeriniz