news Image
2014.06.25
14:34
| A A A
Elman Mehdiyev özəl pensiya fondlarının yaradılacağı tarixi açıqladı

"Özəl pensiya fondlarının  fəaliyyətinin təşkili üçün ilk növbədə onları tənzimləyəcək qanunvericilik bazasının olması əsas şərtdir. Çünki bu fondlar vətəndaşların könüllük əsasında ödədikləri sosial sığorta haqlarının xüsusi hesablarda formalaşdırılması, sonradan maliyyə bazarında yerləşdirilərək gəlir əldə olunması və  vətəndaşlar pensiyaya çıxdıqda bu vəsaitlər hesabına  qeyri-dövlət pensiyalarının təmin edilməsini nəzərdə tutur".

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. E. Mehdiyev bildirib ki, burada başlıca şərt işləyərək sosial sığorta ödəyən şəxsin gələcəkdə pensiyaya çıxdıqda kapital formalaşdırması, həmin kapitalı uzun illər ərzində maliyyə təsirləri və bazar risklərindən qorumaqdır. Özəl pensiya fondlarının formalaşması üçün könüllülük əsasında sosial pensiyaların toplanmasının qaydaları, vəsaitlərin  fərdi hesablarda formalaşdırılması üçün maliyyə bazarında yerləşdirməsinə nəzarət mexanizmləri, toplanacaq vəsaitlər  əsasında təyin ediləcək qeyri-dövlət pensiyalarının konkret formulası  müəyyənləşdirilməlidir. Bunlar dövlət tərəfindən sırf tənzimləmə və nəzarət mexanizmlərinin yaradılmasını tələb edir. Çünki, bunlar qeyri-dövlət sturukturları tərəfindən yaradılsa da, dövlət təşviq məsuliyyəti daşıyır. Bu baxımdan  artıq beynəlxalq təcrübə öyrənilib. Avropa Birliyi ilə birgə layihə çərçivəsində özəl pensiya fondları ilə bağlı qanunvericiliyin yaradılmasına start verilib. Qanunvericilik formalaşdırıldıqdan sonra bu prosesə başlanacaq və özəl pensiya fondları barədə dövlət tərəfindən əhalinin təşviqi həyata keçiriləcək".

Onun sözlərinə görə, Avropa Birliyi ilə birgə həyata keçirilən layihə 2014-ci ilin noyabrında yekunlaşacaq. Layihə hökümətə təqdim edildikdən sonra prosesə başlancaq. Özəl pensiya fondlarının yaradılmasına 2015-ci ildən start verilə bilər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs