Əlaqə Arxiv
news Image
2014.06.25
17:00
| A A A
Dindarlara sertifikat verildi
Müdavimlər üçün QMİ tərəfindən hazırlanan geyim də yaxın günlərdə təqdim olunacaq

Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti mərhələsi başa çatıb. Movqe.az-ın məlumtına görə, qiymətləndirmə prosesindən sonra kursun müdavimlərinin buraxılışı bu gün baş tutub. Burada onlara kursu bitirmələrinə dair müvafiq sertifikat təqdim olunub.


Müdavimlər üçün QMİ tərəfindən hazırlanan geyim dəstləri isə yaxın günlərdə təqdim olunacaq.


Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləmiş, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirmiş, dini bilik səviyyələri ilə yanaşı ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.


Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, tarix, mədəniyyət, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərin mühazirələrini dinləyiblər.


Azərbaycan dövlətinin qayğısı və Qafqaz Müsəlmanları İdarəsinin təşkilattılığı ilə ərsəyə gəlmiş təkmilləşdirmə kursları zamanı din xadimlərinin xüsusi ayrılmış məkanda qalmaları üçün bütün şərait yaradılmış, qidalanma, nəqliyyat və s. xərcləri QMİ tərəfindən qarşılanıb. Din xadimlərinin təkmilləşdirmə kursları davam edəcək.



Sizin Reklam Yeriniz