news Image
2014.06.25
10:30
| A A A
Məşhurların Masallı haqda dedikləri

İLHAM ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. 

4 sentyabr 2014-cü ildə Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdəki  çıxışından: 



"Masallı rayonu da Azərbaycanın ümumi inkişafında həmişə xüsusi yer tutur. Burada vətənpərvər insanlar yaşayır...

Son 10 il ərzində mən Masallıda dəfələrlə olmuşam. Bu, mənim səkkizinci səfərimdir. Demək olar ki, hər il gəlirəm və hər il müxtəlif açılışlarda iştirak edirəm. Sevinirəm ki, açılışların sayı artır və vaxtilə verilmiş qərarlar nəticə verir, gözəl səmərə verir. Masallıda son illər ərzində böyük işlər görülmüşdür. Bu gün də bu işlər davam etdirilir. Xüsusilə, rayonun infrastrukturu ilə bağlı layihələr uğurla icra edilir. Yol tikintisi sürətlə gedir, kənd yolları tikilir. Masallıda 100-dən çox kənd vardır. Çox vacib layihədir. Çünki kənd yolu kənddə yaşayan insanlar üçün əsas məsələdir. Biz, əlbəttə ki, ilk növbədə magistral yolların çəkilişi ilə bağlı qərarlarımızı vermişik. İndi isə kənd yollarının çəkilişinin növbəsi gəlib və Masallıda bu layihələr geniş vüsət almışdır. Yaxın aylarda müasir xəstəxana olacaqdır..."


xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx



"...O  günlər  xatirəmdə  əbədi  qalmışdır...

      


Masallı   torpağı  yurdumuzun  laləzər  guşələrindən  biridir.  Burda  təbiət  ilin  bütün  çağlarında   gözəldir.   Əbədi  yaşıllığa  bürünmüş  sıra   dağlar,  güllü-çiçəkli  yamaclar,  tarixin  yaşıdı  dəmirağaclı,  palıdlı  meşələr,   qayalardan  süzülən   şır-şır  bulaqlar,  min  bir  dərdin  dərmanı  "İstisu"  kurortu,  limonlu,  portağallı  bağları,  bağçalrı   Masallının   hüsnünə  ilhi  bir  yaraşıqdır.

       

Deyirlər  təbiəti,  iqlimi  gözəl  olan  yerin  adamları  da   gözəl  və  istiqanlı  olurlar.  Axı,   biz  insanlar   da   bizi  əhatə  edən  təbiətin  bir  hissəsiyik.   Bu  mənada  masallılar  həm  xaricən  həm  də  daxilən  gözəl,  səmimi,  istiqnlıdırlar.  Mənim  Masallıdan  olan  xeyli   dostlarım  vardır. Onlarla  görüşəndə  mən  qəlbən   və  ruhən  yüngülləşirəm...

 


Nəriman  Həsənzadə -   Azərbaycanın Xalq  şairi.  

 

 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    

" ...Doğulduğum  Yardımlı  rayonu  mənim  doğma  ocağım,  Masallı  isə  məni  böyük  dünya  ilə  bağlayan  ilk   keçdiyim  körpüdür.  Viləş  çayı  üzərindən  bir  körpü  salınıb.

      

Masallı  torpağı  sözü  bütöv  adamları  ilə  yaddaşıma   əbədi  olaraq  hopub.  Masallıdan  dostlar  qazandım.  Masallı  kəndlərinin  hər  birində  onlarla  yaxınım,  tanışım  var.

      

Masallı  camaatı  heç  vaxt  mənə  qarşı  ayrı-seçkilik  salmayıb,  mənə  yerli,  eloğlu  kimi  baxıb.  Həm  yaxşı,  həm  də  pis  günlərimdə  mənimlə  birgə  olublar,  məni  dəstəkləyiblər.  Bakıda  başım  ağrıyan  kimi  oradan  əks-səda  eşitmişəm.  Qayadan  qaynaya-qaynaya  Viləş  çayına  tökülən  suda  hətta  qışın  oğlan  çağında  belə  çimmək  olar.  Allah  belə  gözəl  nemətləri  verib  Masallıya.

       

Tez-tez  Bakıdakı  yorğunluğumu  çıxarmaq  üçün  rayona  yollanıram.  Yolüstü  mütləq  Masallıda  dayanıram.  Bir  stəkan  çay  içirəm.  Vaxtım  olanda  yol  qırağındakı   palıd  meşələrinin  arasında  bir  tikə   çörək  yeyirəm.   Yeri  gəlmişkən  qeyd  edim  ki,  Masallı  mətbəxi  əvəzsizdir.  Çöl  quşlarından  hazırlanan  növbənöv  xörəklər,  şorabaya  qoyulmuş   əzgil,  duza   qoyulmuş  armud  və s.  mənim  sevdiyim  nemətlərdir.

        

Zəngin   təbiətli  Masallının  zəngin  folklor  nümunələri  də  var.  Tədqiqatçılar  tərəfindən  lazımınca  araşdırılmamış  Masallıda    son  dərəcə  unikal  folklor  nümunələri  mövcüddur.   Masallıda   ana-bacılarımızın  dəstə  qurub  oxuduqları  halaylar  bizim  Yardımlı  kəndlərində  də  var.

       

Masallı  ziyalılar  ocağıdır  desəm  qətiyyən  yanılmaram.  Ara-sıra  burada  keçirilən   ziyalılarla  görümlərdə,  mədəni-kütləvi   tədbirlərdə  iştirak  edirəm.

 

  Sabir  Rüstəmxanlı -  Şair,  yazıçı,   Azərbaycan Milli Məclisinin deputatı.





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs