news Image
2014.06.25
16:04
| A A A
«Sahil bağı»nda gənc rəssamların sərgisi keçirilib

26 İyun – Silahlı Qüvvələrin yaranma günü ilə bağlı şəhərin mərkəzindəki "Sahil bağı"nda  gənc rəssamların iştirakı ilə tədbir-sərgi  keçirilmişdir. 

Gənclərimizin yeni ideya və təşəbbüslərinə hər zaman köməkçi olan Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dövlət Neft Akademiyasının tələbəsi Zülfüqar Vəliyev "Müstəqilliyimiz əbədidir" adlı rəsm sərgisi layihəsinin  həyata keçirilməsində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Emin Art Studio yaxından iştirak etmişlər. 

Curnalist Günay Malikqızının aparıcılığı ilə "Sahil bağı"nda keçirilən tədbir-sərginin açılış mərasmində Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov, Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə, Qarabağ müharibəsi veteranı Cəbrayıl Əliyev, layihənin rəhbəri Zülfüqar Vəliyev və başqaları çıxış edərək tədbirin məqsədi, gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən danışmış, gənc rəssamlara uğurlar arzulamışlır. 

Qeyd olunmuşdur ki, tədbirin əsas məqsədi 26 İyun – Silahlı Qüvvələr günü ilə bağlı gənclər arasında maraqlı təbliğat formasında layihə həyata keçirməkdir. Layihədə iştirak edən gənc rəssamlar çəkdikləri rəsm əsərlərində Azərbaycanın bayürağında əks olunan 3 rəngdən  istifadə edərək maraqlı rəsm kompozisiyaları hazırlamışlıar. Layihənin özəlliyi rəsm əsərləri nin çəkilişində yalnız 3 rəngdən – mavi, qırmızı və yaşıl rəngdən istfadə olunmaqdadır. Bu layihə vasitəsi ilə gənclərə vətənə, bayrağımıza hörmət və məhəbbət hislərinin aşılavnması nəzərdə tutulmuşdur. 

Tədbir-sərgidə 20-ə yaxın gənc rəssam gözəl rəsm kompozisiyaları yaratmışlar. Sonda bu rəsmlərin müxtəlif sərgi salonlarında nümayəş olunması qərara alınmışdır.  






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs