1-ci sinfə qəbulla bağlı nazirdən yenilik
Təhsil Nazirliyi birinci sinifə qəbul qaydalarını
asanlaşdırdı. Movqe.az ans-ə istinadən xəbər verir
ki, məlumatına görə, birinci sinifə
gedəcək uşaqlar yaşadıqları ərazi üzrə orta məktəblərə qəbul
edilməlidirlər. Orta ümumtəhsil məktəbləri ərazi üzrə uşaqları
birinci sinifə qəbul etməktdən imtina edə bilməz. Bütün bu
qaydaların Təhsil Naziri Mikayıl Cabbarov tərəfindən
təsdiqlənib. Ümumtəhsil məktəblərinə
mövcud olan qəbul qaydalarında bəzi dəyişikliklər edilib. Ən mühum
dəyişiklik isə birincə sinifə gedəcək uşaq üçün məktəb tərəfindən
tələb olunan sənədlərin sayı azaldılıb. Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov
bildirib ki əvvəllər tələb olunan sənədlərin içərsindən valideynin
yaşayış yerindən arayışı, uşağın doğum haqqında şəhadətnaməsinin
notarial qaydada təsdiqi yığışdırılıb. Yeni qaydalara əsasən məktəbə uşağı birinci sinifə gedəcək
valideynin arayışı, uşağın sağlamlıq haqqında arayışı və iki ədəd
fotoşəkil təqdim olunmalıdır. Amma bütün bu sədənlər dərs ili
başlayana qədər məktəbə təqdim olunmalıdır. Dərs ili başlayandan
sonra edilən müraciətlərə baxılmayacaq. Şöbə müdiri deyib ki, yalniz istisna hallar olanda uşaq
xəstədirsə, valideyn xaricdədirsə və bunun təsdiq edən sənədlər
olarsa onda, dərs ili başlayandan sonra edilən müraciətlərə baxıla
bilər. Amma tənbəllik, yubanma və s kimi əsası olmayan hallar üçün
bu müraciətlər keçərsizdir. Övladları
birinci sinifə gedəcək valideynlərin imtahan həyacanını da
münasibət bildirən şöbə müdiri deyir ki, imtahan yalnız lisey tipli
məktəblər üçün nəzərdə tutulub. Bu isə xususi təmayüllü olan
məktəblə plan yerlərinin az, müraciətin çox olması ilə əlaqədardır.
O ki, qaldı umumtəhsil məktəblərinə burda uşaqları heç kim imtahan
ilə məktəbə götürə bilməz.