news Image
2014.06.26
11:49
| A A A
Sonuncu buraxılış imtahanında iki alan şagirdlərin şok statistikası
un

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də keçirilmiş sonuncu buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, iyunun 18-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.Buraxılış imtahanında 22431 IX sinif şagirdi iştirak edib. Onlardan 1944-ü "Ana dili", 2138-i isə "Riyaziyyat" fənnindən "5 qiyməti alıb. Şagirdlərin 4030-nun "Ana dili", 3455-nin "Riyaziyyat" fənnindən qiyməti "4", 9976-nın "Ana dili", 9266-nın "Riyaziyyat" fənnindən qiyməti "3", 6481-nin "Ana dili", 7572-nin isə "Riyaziyyat" fənnindən qiyməti "2" olub.İyunun 24-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 17165 XI sinif şagirdi iştirak edib. Onlardan 3478-i "Ana dili", 3585-i "Riyaziyyat" fənnindən "5", 3978-i "Ana dili", 4482-si "Riyaziyyat" fənnindən "4", 6397-si "Ana dili", 5369-u "Riyaziyyat" fənnindən "3", 3312-si "Ana dili", 3729-u isə "Riyaziyyat" fənnindən "2" qiyməti alıb.Qeyd edək ki, TQDK iyunun 24-də Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərlərinin orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Həmin imtahanların nəticələri iyun ayının 25-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş şagirdlər komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Nəticələr haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs