news Image
2014.06.26
16:20
| A A A
Prezident hərbi formada (FOTO)
Prezident İlham Əliyev hərbi forma geyindi. Dövlət başçısı bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandana raport verib. Təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilib.Ali Baş Komandan bir qrup hərbçiyə orden, medallar və qiymətli hədiyyələr təqdim etdi.










Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs