Əlaqə Arxiv
news Image
2014.06.27
10:30
| A A A
Aeroport yolunda qəza tıxaca səbəb oldu
Bakının Suraxanı rayonu ərazisində, Aeroport şossesində xəsarətlə nəticələnən yol qəzası baş verib. "Chevrolet" markalı avtomobil şossenin sürətli hərəkət hissəsində "VAZ-2107" markalı avtomobili arxadan vurub. Qəza nəticəsində "VAZ-2107"-də olan sərnişin Kənan Hacıyev xəsarət alıb. Xəsarət alan sərnişin təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. İlkin məlumata görə, qəzaya qarşıda hərəkətdə olan başqa bir avtomobilin qəfildən sürəti azaltması səbəb olub. Qarşıdakı maneəni görən "VAZ-2107"-nin sürücüsü də sürəti azaldıb. Lakin sürətlə hərəkət edən avtomobillə ara məsafəsini düzgün saxlamayan "Chevrolet"in sürücü idarəetməni itirib və nəticədə toqquşma baş verib. Qəza ilə əlaqədar aeroport şossesində tıxac yaranıb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti nizamlayıblar və qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra yolda avtomobillərin normal hərəkəti bərpa olunub. Faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırma aparılır.
Sizin Reklam Yeriniz