news Image
2014.06.27
12:17
| A A A
Yenə güclü külək əsəcək
Azərbaycan sinoptikləri iyunun 28-dən Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi barədə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib ki,  iyunun 28-dən 29-na keçən gecədən başlayaraq Bakıda və Azərbaycanın bəzi yerlərində güclü külək müşahidə olunacaq, havanın temperaturu enəcək.

Onun sözlərinə görə, şimal küləyi iyunun 29-u və 30-da daha da şiddətlənəcək. Şiddətli külək iyulun 1-i gündüz mülayimləşəcək.

U.Tağıyeva bildirib ki, güclü küləklə əlaqədar dövlət qurumlarına xəbərdarlıq edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs