news Image
2014.06.27
13:30
| A A A
Ramazan ayında 40 dərəcə isti olacaq
İyul ayında bəzi günlərdə havanın temperaturu 40 dərəcə olacaq

İyul ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən anspress-ə verilən məlumata görə, iyul ayında orta aylıq temperaturun birinci ongünlükdə iqlim normasından bir qədər yüksək, ikinci ongünlükdə normaya yaxın, bəzi günlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir. 


İyul ayı ərzində tez-tez şimal küləyinin güclənəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir.


Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-25, gündüzlər 28-33, bəzi günlərdə 35-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 19-24, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 18-23 dərəcə isti (gecələr 13-18, gündüzlər 24-29, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm) olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 29-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, gündüzlər 28-33, bəzi günlərdə 34-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 40 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs