news Image
2014.06.27
13:16
| A A A
TQDK sədri: “BDU-da magistraturaya qəbul olanlardan heç 1%-i qeydiyyatdan keçməyib”

"Hələ də elə ali məktəblər var ki, orada qeydiyyatdan keçən magistr yoxdur"


"Ali məktəblərin magistraturalarına qəbul olanların qeydiyyat prosesi başlayıb. Lakin təəssüflər olsun ki, hələ də elə ali məktəblər var ki, orada heç 0% magistrlər qeydiyyatdan keçməyib". APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, qeydiyyat prosesi təxminən 2-3 gündür davam edir. TQDK sədri qeyd edib ki, magistrlərin qeydiyyatı prosesi iyulun 5-dək davam edəcək və bu müddətdə qeydiyyatdan keçməyənlərin yeri boş yerlər kimi qeydə alınacaq və yenidən elan olunacaq: "Bu vaxta kimi Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan 630 nəfərdən yalnız 5 nəfər keçib ki, bu da heç 1% etmir. Yalnız Azərbaycan Texniki Universitetindən 11% qeydiyyatdan keçib. Belə ki, orada magistraturaya qəbul olan 200 nəfərdən 26 nəfəri qeydiyyatdan keçib və bu da aşağı rəqəmlərdir. Magistrlərin ali məktəblərdəki qeydiyyatı iyulun 5-də başa çatır və bu müddət ərzində magistrlər ali məktəblərə qeydiyyat üçün müraciət etməlidirlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs