news Image
2014.06.27
14:00
| A A A
Nuşirəvan Məhərrəmlidən aparıcılara sərt tənqid-"O qədər çoxdurlar ki..."
"Aparıcıların bir çoxu ədəbi dil normalarına riayət etmir. Bu barədə mühüm addımlar atılmalıdır. Hesab edirəm ki, dil normalarının qorunması üçün bir mexanizm olmalıdır. Amma bu mexanizmin nədən ibarət olacağını indidən deyə bilmərəm". 

Movqe.az xəbər verir ki,bu sözləri bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Azərbaycan Mətbuat Şurasının  (AMŞ) birgə təşkilatçılığı ilə  keçirilən "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfransda MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli səsləndirib.  

N. Məhərrəmli Bədii Şuralarda dilçilərdən daha çox televiziya rəhbərliyinin nümayəndələrinin  yer almasını da qınayıb. MTRŞ sədri bildirib ki, Bədii Şuraların fəaliyyəti telekanallarda bu vəziyyəti düzəltmək üçün çox vacibdir.

N. Məhərrəmli həmçinmin deyib ki, bu gün telekanallarda ədəbi dilin normalarını pozan aparıcılar o qədər çoxdur ki, onların arxasınca getmək, problemin həlli istiqamətlərini axtarmaq zərurəti yaranıb.  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs