Əlaqə Arxiv
news Image
2014.06.27
15:49
| A A A
Azər Həsrətdən ATV və ANS-ə sərt ittiham
"ATV-də Hanoy şəhərinin adını Honay deyirlər"

"Bəzi telekanallarda aparıcılar ciddi səhvlərə yol verirlər. Bunun bir dəfə özüm də şahidi olmuşam. ATV-də aparıcı Vyetnamın paytaxtıının, məşhur Hanoy şəhərinin adını Honay kimi deyirdi. Amma altyazıda Hanoy yazılmışdı. Bu cür səhvlərə telekanallarda aparıcılar tez-tez yol verir. Bunun səbəbi odur ki, bizim aparıcıların elementar coğrafi bilikləri belə yoxdur".

Movqe.az xəbər verir ki, bu sözləri bu gün "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda keçirilən konfransda media üzrə ekspert Azər Həsrət səsləndirib. 

Azər Həsrət Ans telekanalındakı qüsurlardan da danışıb.Onun sözlərinə görə, ANS-də məhz rusdilli şəxsləri tapıb danışdırırlar: "Məgər Azərbaycan dilində vətəndaşlarımız yoxdur. Sonra da onun dediyini tərcümə edirlər. Bütün bu səhvlər nədən irəli gəlir bilmirəm. Eləcə də, teleseriallarda tin uşağında dayanıb siqaret çəkən insanların dili ilə danışırlar. Axı bu xalqın dili deyil". 

A.Həsrət bildirib ki, telekanallarda aparıcılıq missiyasını peşəkarlara, uzun illər bu sahədə təcrübəsi olan şəxslərə verilməlidir. 


Sizin Reklam Yeriniz