Əlaqə Arxiv
news Image
2014.06.27
16:27
| A A A
60 minə yaxın abituriyent imtahan verəcək

İyun ayında Azərbaycanda 200 mindən çox şagird buraxılış imtahanlarında iştirak edib.  Movqe.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, bu buraxılış imtahanları hər bir imtahan verənlərin yaşadığı ərazidə aparılıb. Onun sözlərinə görə, bu imtahanların keçirilməsi təşkilatı nöqteyi-nəzərdən kifayət qədər mürəkkəb proses idi: "Amma yerlərdə olarkən görürük ki, təəssüflər olsun ki, abituriyentlər, onların valideynləri çox zaman bizim məlumatları, qaydaları düzgün bilmirlər. Onlar rəsmi qaydaları bilmədikləri üçün müəyyən səhvlər edirlər. Qaydanı bilməmək, hansısısa şərti yerinə yetirməmək abituriyentin taleyinə də müəyyən mənfi təsir göstərə bilər". 

M.Abbaszadə iyulda keçiriləcək qəbul imtahanları barədə məlumat verib. O qeyd edib ki, iyulun 12-də keçiriləcək I və IV ixtisas qrupları üzrə qəbul imtahanında bu ilin 28 955 XI sinif məzunu iştirak edəcək. O bildirib ki, II və III ixtisas qrupları üzrə iyulun 20-də imtahanda isə 31 465 nəfər imtahanı verəcək. Rus bölməsi məzunları üçün Azərbaycan dili imtahanının isə iyulun 3-də keçiriləcəyini deyən komissiya sədrinin sözlərinə görə, bu imtahanda 1216 nəfər iştirak edəcək.

Sizin Reklam Yeriniz