Əlaqə Arxiv
news Image
2012.07.05
11:10
| A A A
Bakıda qanunsuz kazino aşkarlanıb
Azərbaycan Vergilər Nazirliyinin Vergi Auditi Departamenti vergi nəzarəti tədbirləri həyata keçirərkən Bakı şəhərinin Səbail rayonu ərazisində Zərifə Əliyeva küçəsi,28 ünvanda yerləşən obyektdə kompüter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilib. 

"APA-ECONOMICS"in məlumatına görə, kazinoda Nizami Hüseyn oğlu Qəmbərovun fəaliyyət göstərdiyi və onun eyni zamanda uduşlu oyunların operatoru vəzifəsini icra etdiyi müəyyən edilib. Keçirilən nəzarət zamanı N.Qəmbərovun əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb. Tədbir zamanı maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumat daşıyıcısı olduğu ehtimal edilən 6 kompüter prosessoru aşkar edilərək götürülüb. Hazırda qanunsuz oyunların təşkilatçılarının dəqiqliklə müəyyən edilməsi, əldə olunan gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin tətbiqi istiqamətində araşdırmalar davam etdirilir. 

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz fəaliyyət göstərən bütün şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.
 
Sizin Reklam Yeriniz