news Image
2014.06.27
15:29
| A A A
Suriyada döyüşmüş Azərbaycan vətəndaşı həbs edilib

Azərbaycanda vəhhabi təriqətinin üzvü olduğu iddia edilən şəxslər saxlanılıb.


APA-nın məlumatına görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakinləri Ruslan Abdullayev və Səbuhi Cəfərov saxlanılıblar.


Zərdab Rayon Polis Şöbəsindən S. Cəfərovun saxlanılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, S. Cəfərov qanunsuz silah saxlamaqda təqsirli bilinir. Onun yaşadığı evdən əl qumbarası götürülüb. 


Polisdən həmçinin bildirilib ki, S. Cəfərov uzun müddət Suriyada gedən döyüşlərdə iştirak edib və bu ilin fevralında geri qayıdıb. 


Zərdab polisindən R. Abdullayevin saxlanılması barədə isə məlumat verməyiblər.


APA-nın əldə etdiyi məlumata görə, R. Abdullayevin qardaşı Ramiz Abdullayev də Suriyada gedən döyüşlərə qatılıb. O, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının fəal üzvlərindən sayılır.


Məlumata görə, R. Abdullayevin saxlanılması da qardaşı ilə bağlıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs