Əlaqə Arxiv
news Image
2014.06.27
16:53
| A A A
33 qəzetə maliyyə yardımı ayrıldı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Movqe.az xəbər verir ki, iclasın gündəliyində duran məsələ 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi olub. İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cüilin II yarımilliyiüçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub. 33 redaksiyanın təqdim ertdiyi layihə təklifi müsabiqənin şərtlərinə uyğun olmuşdur. "Əks-səda" və "Exo" qəzetlərinin təqdim etdikləri sənədlər müsabiqə şərtlərinin tələblərini təmin etmədiyi üçün müsabiqəyə buraxılmayıb. igər 33 qəzetin isə tiraji, dövriyəsi və yayımı nəzərə alınaraq 6 aylıq maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib. Fond tərəfindən layihə çərçivəsində maliyyələşdirilən qəzetlərin siyahısı aşağıda təqdim edilir.

"Kaspi" qəzeti - 60 000 manat; "Mövqe" - 60 000 manat; "Yeni Azərbaycan" qəzeti - 60 000 manat; "Ədalət" qəzeti 60 000 - 60 000 manat; "525-ci qəzet" qəzeti - 60 000 manat; "Səs" qəzeti - 60 000 manat; "Bakı-Xəbər" qəzeti - 60 000 manat; "Yeni Müsavat" qəzeti - 60 000 manat; "Olaylar" qəzeti - 60 000 manat; "Ekspress" qəzeti - 60 000 manat; "Palitra" qəzeti - 60 000 manat; "Paralel" qəzeti - 40 000 manat; "Həftə İçi" qəzeti qəzeti - 40 000 manat; "Azad Azərbaycan" qəzeti qəzeti - 40 000 manat; "Şərq" qəzeti qəzeti - 40 000 manat; "Xalq Cəbhəsi" qəzeti qəzeti - 40 000 manat; "Futbol+Qol" qəzeti qəzeti - 40 000 manat; "Bizim Yol" qəzeti qəzeti - 40 000 manat; "Kaspiy" qəzeti qəzeti - 40 000 manat; "Novoye Vremya" qəzeti qəzeti - 30 000 manat; "Futbol+" qəzeti - 30 000 manat; "Üç Nöqtə" qəzeti - 30 000 manat; "Azernews" qəzeti - 30 000 manat; "Unikal" qəzeti - 20 000 manat; "Olimpiya Dünyası"qəzeti - 20 000 manat; "Oxu Məni" qəzeti - 20 000 manat; "Zaman-Azərbaycan" qəzeti - 20 000 manat; "Reytinq" qəzeti - 10 000 manat; "Təhsil Problemləri" qəzeti - 9 000 manat; "The Business Times" qəzeti - 9 000 manat; "Hərbi And" - 9 000 manat; "Türküstan" qəzeti - 9 000 manat; "İqtisadiyyat" qəzeti - 9 000 manat.





Sizin Reklam Yeriniz