Əlaqə Arxiv
news Image
2014.06.27
20:26
| A A A
Azərbaycanda insan orqanlarının satılması barədə elan yayan şəxslər tutulub

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi metro stansiyalarda insan orqanlarının satılması ilə bağlı elan yayan şəxsləri saxlayıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vurulub. Bu barədə müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış informasiya cəmiyyət arasında narahatlığa səbəb olub

 

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il  təvəllüdlü E.E saxlanılıblar.

 

Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər.

 

Həmin şəxslər əməllərindən səmimi peşmançılıq keçirdiklərini ifadə edib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.         

Sizin Reklam Yeriniz