Əlaqə Arxiv
news Image
2014.06.27
22:29
| A A A
Leyla Əliyevanın şeirləri xarici mətbuatda

Belarusun "Неман" ədəbiyyat jurnalında Leyla xanımın şeirləri dərc edilib

  Belarusun ən çox oxunan və kütləvi tirajla nəşr olunan "Неман" ədəbiyyat jurnalında Leyla Əliyevanın şeirləri dərc edilib.

AzərTAc-ın məlumatına görə, həmin şeirlər Belarus oxucularının diqqətini cəlb etmiş və böyük marağa səbəb olub. 

Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, "Неман" jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin "Şeyx Sənan" poemasına yer ayırırmış.


Leyla Əliyevanın şeirləri isə bu nüfuzlu ədəbiyyat jurnalının müasir Azərbaycan poeziyasına ilk müraciətidir.

Sizin Reklam Yeriniz