Əlaqə Arxiv
news Image
2014.06.27
23:32
| A A A
Qəbirstanlıqlar da özəlləşdirilir

Ölkədə özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması təklif olunur.


Yaxın gələcəkdə özəl qəbirstanlıqlara da rast gəlsəniz heç də təəccüblənməyin. Çünki ölkədə özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması təklif olunur. Xüsusilə şəhər yerlərindəki qəbirstanlıqlarda yaşanan yer çatışmazılığı və oradakı torpaq sahələrinin qeyri-qanuni olaraq baha qiymətə satılması bu məsələni gündəmə gətirib. 


Mütəxəssislərin fikrincə özəl məzarlıqların yaradılması həm qeyri-qanuni ödənişləri aradan qaldıracaq, həm də qəbirstanlıqlarla bağlı müyyən standartların tətbiq olunmasına yardım edəcək. 


Rəyini soruşduğumuz paytaxt sakinlərinin bu təklifə münasibəti isə bir mənalı deyil. Əksinə özəl qəbirstanlıqların daha yüksək məbləğə vətəndaşlara xidmət göstərəcəyi qənaətindədirlər. Onların fikrincə bu zaman qiymət ikiqat qalxacaq və bunada hamının imkanı çatmayacaq. 


Bəziləri isə düşünür ki, bu yaxşı fikirdir, amma baxır bundan necə istifadə ediləcək.


Digər bir təklifə görə bələdiyyələr fondlarında olan torpaqdan qəbirstanlıq kimi istifadə edə bilərlər. Çünki onlara hazırki qanunvericilikdə qəbirstanlıq yarada bilməsi üçün xüsusi bir qadağa yoxdur. Ona görə də bələdiyyələr istəsələr mərasim evləri tikərək dəfn xidmətlərini də təşkil edə bilərlər.


İrəli sürülən bu təklifi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxaracağını deyən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bunun standart qəbirlərin olması məsələsini də tənzimləyə biləcəyini deyir. "Yəni daha qəbirsanlınqlarda ölülər qəbirlərinə görə bir-birindən fərqlənməyəcək."


Millət vəkili hesab edir ki özəl qəbirsanlıqlar yaradılacağı təqdirdə müyyən faiz insanlara güzəşt etmək, xüsusi kateqoriyası olan şəxslərə isə pulsuz xidmət göstərmək olar.

(Anspress)

Sizin Reklam Yeriniz