Əlaqə Arxiv
news Image
2014.06.27
19:45
| A A A
"Günəşli" yatağında yenidənqurma işləri aparılır
Yataqda 4 istismar quyusunun qazılması nəzərdə tutulub

"28 May" Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi "Günəşli" yatağındakı 11 saylı Dərin Dəniz Özülünün genişləndirilmiş hissəsində əlavə 4 istismar quyusunun qazılması məqsədilə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.


Anspress-in ARDNŞ-nin mətbuat xidmətinə istinadən məlumatına görə, bu məqsədlə Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işləri cari ilin sonuna kimi başa çatdırılacaq. Layihənin baş podratçısı "Neftqaztikinti" Trestidir.


Dənizin 92 metr dərinliyində yerləşən 11 saylı özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq.


Qeyd edək ki, quyulardan ümumilikdə sutkada 100 ton neft, 260 000 kubmetr qaz və 20 ton kondensat hasil ediləcəyi gözlənilir.

Sizin Reklam Yeriniz